Kürdəmirdə minik avtomobili aşıb, xəsarət alanlar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 31 yaşlı yerli sakin Məhərrəmov Sərxan Səmid oğlu idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və onun sərnişini, Ərəbqubalı kəndinin 40 yaşlı sakini Babayev Çingiz Ərzuman oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48