Kürdəmirdə 9 yaşlı məktəblini avtomobil vurub - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda avtomobilin vurduğu məktəblinin kimliyi məlum olub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bu, 2010-cu il təvəllüdlü rayonun Cənub Məhəllə sakini Aynur İqbal qızı Məliklidir.


*** 13:44

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb. 

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəblini vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48