Kürdəmirdə körpə qaynar sudan yanıb

Kürdəmir. 31 may. REPORT.AZ/ Kürdəmir rayonunda iki yaşlı uşaq qaynar sudan yanıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2016-cı il təvəllüdlü Emil Tural oğlu Şıxəlizadənin üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08