Kürdəmirdə iki yaşlı körpəni it dişləyib

Kürdəmir rayonunda iki yaşlı körpəni it dişləyib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Cəyli kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 2017-ci il təvəllüdlü Paşa Şirvan oğlu Mustafayevi it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05