Kürdəmirdə evdən 1250 manatlıq qızıl-zinət və bəzək əşyaları oğurlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


18:34

Kürdəmir rayonunda evdən 1250 manatlıq qızıl-zinət və bəzək əşyaları oğurlanıb. 

"Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə aprelin 7-də şəhər ərazisində qeydə alınıb.  

Belə ki, Kürdəmir şəhər sakini Şəbnəm Sehran qızı Ələkbərova rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən ona məxsus 1250 manat dəyərində qızıl-zinət və bəzək əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini Ağsu şəhər sakini, 1987-ci il təvəllüdlü Dadaşov Orxan Xanqulu oğlunun törətdiyi məlum olub. Şübhəli şəxs saxlanılaraq maddi sübutla birlikdə istintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47