Kürdəmirdə üçotaqlı ev yanıb - FOTO

Kürdəmir rayonunda ev yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov İntiqam Sərxan oğluna məxsus 150 kvadratmetr birmərtəbəli 3 otaqdan və bir balkondan ibarət evin 1 otağı yanıb. Hadisə yerinə Kürdəmir rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər