​Kürdəmirdə beşotaqlı ev yanıb

Bakı. 20 mart. REPORT.AZ/ Kürdəmir rayonunun Pirəköçə kəndində vətəndaşa məxsus birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Report" xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər