Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Qaraqocalı kənd sakini Amil Hidayət oğlu Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.