Kürdəmirdə avtomobil yolun kənarına aşıb, 4 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində sürücü 1984-cü il təvəllüdlü Mehdiyev Zahir Zakir oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1993-cü il təvəllüdlü Mehdiyeva Suranə Oruc qızı, 1965-ci il təvəllüdlü Mehdiyeva Surayə Şıxəli qızı və 2015-ci il təvəllüdlü Mehdiyev Samir Zahir oğlu müxtəlif növ bədən xəsarəti ilə rayon xəstəxanasına çatdırılıblar.


*** 14:59

Kürdəmir rayonunda ağır  yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. qəza nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47