Kürdəmirdə avtomobil su kanalına aşıb, 1 nəfər ölüb, 6-sı yaralanıb - FOTO - VİDEO

Video əlavə olunub


*** 09:21

Kürdəmir. 25 iyun. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Qazax istiqamətdə hərəkətdə olan 1945-ci il təvəllüdlü Yelmar Şahmar oğlu Rzayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin, Goranboy şəhər sakini, 1946-cı il təvəllüdlü Tamara Hüseyn qızı Rzayeva hadisə yerində ölüb, daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

T.Rzayevanın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. 

Yaralılar isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların arasında uşaqlar da var.  

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər