Kürdəmirdə ağır yol qəzası olub, nənə və onun nəvəsi xəsarət alıb 

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 46 yaşlı Musayeva Məlahət Bilal qızı və onun 6 yaşlı nəvəsi A.Z. xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər. Müayinə zamanı M.Musayevaya müştərək travma və azyaşlıya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46