Kürdəmirdə 65 yaşlı kişini inək vuraraq ağır xəsarət yetirib

Kürdəmir. 6 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda 65 yaşlı kişini inək vurub.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini 1953-cü il təvəllüdlü Nazim Baba oğlu Şəmiyev həyətdə heyvanları tövləyə aparan zaman inək onu vurub. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47