Kürdəmirdə 55 yaşlı qadın döyülüb

Kürdəmir. 1 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda 55 yaşlı qadın döyülüb.

“Report” xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Rəfiqə Məmmədşah qızı Teyyubova naməlum şəraitdə döyülüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45