Kürdəmirdə 45 yaşlı kişi bıçaqlanıb

Kürdəmir rayonunun Qismət Qayıbov küçəsində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, 1978-ci il təvəllüdlü Cəbrayılov Ramil Sayad oğlu bıçaq xəsarəti alıb.

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisəni törətməkdə rayon sakini, 45 yaşlı Səlimov İlqar Ənvər şübhəli bilinir. O, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37