Kürdəmirdə 4 uşaq anası zəhərlənib

Kürdəmirdə zəhərlənmə hadisəsi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarasaqqal kəndində qeydə alınıb.

Belə ki, 33 yaşlı kənd sakini Əmrahova Nahidə Baba qızı səhvən bir neçə dərman içib və zəhərlənib. Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Qeyd edək ki, Nahidə Əmrahova dörd uşaq anasıdır.

Fakt araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39