Kürdəmirdə 39 yaşlı kişi intihar edib

Kürdəmir. 2 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda intihar hadisəsi baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Samir Xalid oğlu İsmayılov yaşadığı evin həyətyanı sahəsində özünü iplə asaraq öldürüb. 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.    

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39