Kürdəmirdə 2 yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb

Kürdəmir rayonunda körpəni elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muradxan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Qəribov İxtiyar Əşrəf oğlu həyətdə oynayarkən onu elektrik cərəyanı vurub. Körpə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21