Kürdəmirdə 2 otaqlı ev yanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda yanğın hadisəsi baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 21:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37