​Kürdəmir və Ağstafa rayonlarında evlərdə yanğın olub

Bakı. 3 fevral. REPORT.AZ/ Ötən gün Kürdəmir və Ağstafa rayonlarında iki yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ağstafa rayonu S.Vurğun qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evin 2 otağı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər hadisə isə Kürdəmirdə, R.Rəhimov küçəsində qeydə alınıb. Burada vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evin bir otağında “CASPER” markalı kompüter prosessoru və geyim əşyaları yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36