Kürdəmir sakinlərindən sənədsiz ov tüfəngləri götürülüb

Kürdəmir sakinlərində sənədləri olmayan ov tüfəngləri aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahbəyli kənd sakini B.Kazımovdan və Carlı kənd sakini C.Musayevin yardımçı təsərrüfatından müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38