Kürdəmir sakini ağacdan yıxılaraq ölüb - VİDEO

Kürdəmir rayon sakini həyətindəki ağacdan yıxılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dəyirmanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Əhmədov Babaş Ağakişi oğlu ehtiyatsızlıq edərək, həyətindəki ağacdan yıxılıb. Yaralı dərhal Kürdəmir RMX-nın Renimasiya şöbəsinə yerləşdiriblər. Həkimlərin reanimasion müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və yaralı dünyasını dəyişib.

Fakt araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41