Kürdəmirdə zəncirvari yol qəzası baş verib

Kürdəmir rayonunda zəncirvari yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb. Belə ki, 10-SP-435 90-MB-226 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobilləri toqquşub.

"Hyundai" markalı avtomobil sonra "Mercedes"ə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45