​Kür çayında bir nəfər batıb

Bakı. 28 iyun. REPORT.AZ/ Kür çayında bir nəfər batıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb. 

Nazirliyin saytının yaydığı məlumata görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə Kür çayının Ağdaş rayonu, Abad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal xidmətin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. 

Əlavə məlumat veriləcək.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45