Kür çayında 19 yaşlı gənc batıb - ƏLAVƏ OLUNUB

Şəmkir. 5 iyul. REPORT.AZ/ Kür çayının Şəmkir rayon ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu şəxs 1999-cu il təvəllüdlü Cabbarov Türxan Elşən oğludur. Hazırda onun axtarışları davam etdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Şəmkir rayonunda Kür çayında çimərkən batan Türxan Elşən oğlu Cabbarovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyət üzrə təhvil verilib.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27