“Azərbaycan korrupsiyaya qarşı mübarizənin labüdlüyünü dərk edir”.
“Report” xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan isayev BMT-nin Dövlət Xidmətlərinin Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda korrupsiyanın qarşısının alınması üçün müvafiq mexanizmlər var: “Bu mexanizmlərdən istifadə etməklə korrupsiya ilə mübarizə aparılır. Təbii ki, korrupsiya sərhəd tanımır və beynəlxalq aləmə də öz mənfi təsirini göstərir”