Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu verib

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq.

"Report" xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi Palatasının iclasında qərardad qəbul olunub.

Bildirilib ki, Baş Prokurorluq Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinin şərh edilməsini istəyir.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 4-nə təyin edilmiş iclasında baxılacaq.

Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsində deyilir: "Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır".

Digər xəbərlər