​Konqoda baş vermiş gəmi qəzasında ən azı 27 nəfər həlak olub

Bakı. 12 iyun. REPORT.AZ/ Konqo Demokratik Respublikasında iki gəminin toqquşması nəticəsində ən azı 27 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Mai-Ndombe rayonun qubernatorunun müavini Massamba Malik "Associated Press" agentliyinə bildirib.

Agentliyinin məlumatına görə, gəmi qəzası pis hava şəraiti səbəbindən baş verib.

Hadisə yerində xilasedicilər işləyirlər.

Digər xəbərlər