Kiyevdə azərbaycanlı həmyerlisinin boğazını kəsib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin “Bessarabiskiy” bazarı qarşısında azərbaycanlı həmyerlisinin boğazını kəsib.

"Report"un əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü Hüseynov Şirzad digər Azərbaycan vətəndaşı 1982-ci il təvəllüdlü Abdullayev Rəşadı bıçaqalayaraq ağır yaralayıb. Belə ki, Ş.Hüseynov Abdullayevin boğazını dərindən kəsib.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. 

Kiyev şəhər Şevçenkovskiy rayon polisi Ş. Hüseynovu saxlayıb.

Mübariz Aslanov

Digər xəbərlər