Bakı. 25 yanvar. REPORT.AZ/ "Air India" şirkətinə məxsus olan və London-Mumbai reysi ilə uçan təyyarə Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təcili eniş həyata keçirməli olub.
"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsində bir sərnişinin halının qəfil pisləşməsi olub.
Qeyd edək ki, "Air India" şirkətinə məxsus "Boeing Dreamliner" (B787-800) təyyarəsi Londondan dünən axşam yerli vaxtla 19:00-da havaya qalxmışdı. Qrafik üzrə hava gəmisi səhər saat 04:00-da Mumbaidə yerə enməli idi. Amma təcili eniş və tibbi müdaxilə səbəbiylə enişin günortadan sonra olacağı müəyyənləşib.