​Həsən Kərimov dəfn edilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov dəfn edilib.

"Report"un xəbərinə görə, H.Kərimov Bakının Yeni Günəşli qəsəbəsində torpağa tapşırılıb. Dəfn mərasimində AXCP və Müsavat Partiyasının rəhbərliyi, üzvləri və ictimai fəallar iştirak edib.

Xatırladaq ki, o, noyabrın 20-də dünyasını dəyişib. H.Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26