Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Logan" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39