Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş - 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu xilas olunub.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37