Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb.
"Report"un Qərb bürosunun xəbərinə görə, Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan və axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılaraq adiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.