Daşkəsəndə itkin düşən şəhid atası Göygöldə tapılıb - YENİLƏNİB

Daşkəsən rayonunda itkin düşən şəhid atası Göygöldə tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Daşkəsəndə itkin düşən 1952-ci il təvəllüdlü Kamil Abdullayev Göygöl rayonu ərazisində tapılıb.

09:54

Daşkəsəndə Kəlbəcər sakini meşədə itkin düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonun sakini, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib və bir daha evə qayıtmayıb.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, K.Abdullayev şəhid Şəhriyar Abdullayevin atasıdır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41