​Keçmiş prokurorluq işçisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Əmrulla Sənan oğlu Şirvanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

“Report”un xəbərinə görə, şikayətə hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılır.

Qeyd edək ki, əvvəllər prokurorluq orqanlarında çalışmış Ə.Şirvanov Azərbaycan Respublikasının Baş Prokurorluğunu məhkəməyə verib. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Ə.Şirvanov məzuniyyət pulunun ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia tələbini təmin etməyib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39