Təqaüddə olan məhkəmə hakimi vəfat edib

Keçmiş hakim İlham Həsənov dünyasını dəyişib.

Bu barədə “Report”a vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, təqaüddə olan hakim İlham Həsənov bu gün 68 yaşında vəfat edib.

İ.Həsənov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, İ.Həsənov Bakı Şəhər Məhkəməsində hakim, Respublika Apellyasiya Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində cinayət kollegiyasının sədri işləyib. O, işlədiyi müddətdə bir çox bəraət hökmləri çıxıarıb.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59