Karantini pozan şəxsdən silah-sursat götürüldü

Sumqayıt şəhərində keçmiş məhkumda silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin rejimini pozduğuna görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan nömrəsi silinmiş PSM markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11