“Kapital Bank”ın bankomatı partladılıb - FOTO

Bakı. 28 iyul. REPORT.AZ/ Abşeron rayonunda “Kapital Bank” ASC-yə məxsus bankomatdan oğurluğa cəhd olub. “Report” xəbər verir ki, gecə saatlarında rayonun Saray qəsəbəsində naməlum şəxs və ya şəxslər ASC-nin bankomatını oradakı pulları götürmək məqsədilə sındırıblar. Hadisə zamanı bankomatın monitorunda partlayış baş verib. Soyğunçuluq etmək istəyənlər ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13