Kamran Əliyev iki rayona yeni prokuror təyin edib

Zəngilan rayonuna yeni prokuror təyin edilib.

"Report"un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

K.Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı "Report"a təsdiqləyib.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57
Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51