"KamAZ" fotoqrafın avtomobilini vurub dərəyə atdı - FOTO

Məşhur fotoqraf Səfiyar Məcnun qəzaya düşüb.

Bu barədə "Report"a özü məlumat verib.

O bildirib ki, qəza Şamaxıda "ASAN Xidmət"in qarşısında baş verib:

"Maşında 4 nəfər olmuşuq. Mən piyadaya yol vermək məqsədi ilə sürəti azaltmışdım, "KamAZ" da mənim maşınımı arxadan vurub dərəyə atdı. Xoşbəxtlikdən salamatlıqdır. Hamımız yaxşıyıq".

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14