İyirmi gün əvvəl qəzaya düşən yeniyetmə vəfat edib 

Cəlilabadda 20 gün əvvəl avtomobili aşıraraq qəzaya düşən yeniyetmə xəstəxanada ölüb.

"Report"un məlumatına görə, sentyabrın 17-də rayonun Sərhədabad kəndində 2006-ci il təvəllüdlü Amin Sərhədov "Priora" markalı minik avtomobilini aşırıb.

Ağır xəsarət alan yeniyetmə paytaxt xəstəxanalarından birinə aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47