İstanbulun mərkəzi prospektində yanğın olub

Türkiyənin İstanbul şəhərindəki məşhur İstiqlal küçəsində yanğın qeydə alınıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə geyim mağazalarından birinin tavanında başlayıb.

Hadisənin səbəbi məlum olmasa da, yanğın şəhərin bir çox yerindən görünüb.

Mərkəzi prospektə çoxsaylı yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48