İran ərazisində qeydə alınan zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.
"Report" xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvan Muxtar Respublikasının sərhəd rayonlarında 3 bala qədər hiss olunub.