İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

İranda baş verən zəlzələ Naxçıvan ərazisində də hiss olunub.

"Report"un yerli bürosu xəbər verir ki, yerli vaxtla saat 10:06-da İranın Xoy şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.

Maqnitudası 3,2, dərinliyi isə 92 km olan yeraltı təkan Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27