İnzibati Xətalar Məcəlləsində və “Qaz təchizatı haqqında” Qanunda dəyişikliklər ediləcək

Qaz sızması və partlayışı, dəm qazı ölümü və sağlamlığa zərər vurulması hallarının qarşısının alınması istiqamətində İnzibati Xətalar Məcəlləsində, “Qaz təchizatı haqqında” Qanunda və digər aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinin nəzərdə tutan layihələri hazırlanıb.

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə bu kimi hadisələrin başvermə səbəblərini doğuran halların aradan qaldırılması üçün məqsədyönlü tədbirlərin aparılmasının önəmi diqqətə çatdırılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14