Bakı. 29 iyul. REPORT.AZ/ Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Elmi-Tədqiqat Su Problemləri İnstitutunun direktoru Elçin Qənbərov vəfat edib. Bu barədə "Report"a ASC-dən məlumat verilib.
Qeyd edək ki, texnika elmləri doktoru Qənbərov Elçin Surxay oğlu 2008-ci ildə Azərbaycan Prezidentinin imzaladığı sərəncamla "Tərəqqi" medalı ilə təltif edilib.