İmişlidə yol qəzası olub, xəsarət alan var

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Əhmədzadə Rafiq İxtiyar oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər