İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
İlkin məlumata görə, bir dam altında yerləşən və ümumi sahəsi 250 kvadratmetr olan 8 obyekt yanğından zərər görüb.
İmişli Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanğınla əlaqədar xəstəxanaya müraciət daxil olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İmişli rayonunda dörd ticarət obyektində yanğın başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Nəcməddin Savalanov küçəsində yerləşən sakinlərə məxsus ticarət obyektlərində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvələri cəlb olunub.