Türkiyənin İğdır vilayətində baş verən avtoqəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.
"Report"un Naxçıvan bürosu xəbər verir ki, o, Şərur rayonu Mahmudkənd sakini, 1977-ci il təvəllüdlü Nəsirov Ramil Məhəmməd oğludur.
11:23
Türkiyənin İğdır vilayətində baş verən avtoqəza nəticəsində Azərbaycan vətəndaşı ölüb.
Bu barədə "Report"un yerli bürosu xəbər verir.
11:00
Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.
"Report"un yerli bürosu xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.