Bu günə qədər nəqliyyat hadisələrinin düzgün təsnifatı aparılmayıb.
“Report” xəbər verir ki, bunu "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin (İB) sədri Elməddin Muradlı “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.
O, yol-nəqliyyat hadisələrində sürət həddinin aşılması, piyadaların qaydalara əməl etməsi ilə bağlı məsələlərə diqqət çəkib: “Bu təsnifatı hazırlayanda gördük ki, bir çox nəqliyyat hadisələrinin qarşısını ala bilərik. Piyadaların keçidlərdən düzgün istifadə etməsi üçün çəpərlənmə işlərinə ehtiyac var. Baş verən qəzaların əksəriyyəti həmin keçidlərin ətrafında baş verir".